Azərbaycanda elektron kitabların internet mağazasının yaradılmasında məqsəd azərbaycanlı müəlliflərin təbliğatıdır. Bu barədə yazıçı, “PEN-Klub”un vitse-prezidenti Natiq Rəsulzadə çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında məlumat verib.
“Hazırda bizdə ən çox bir min nüsxədə kitab çap edilir. Bu isə müəlliflərin xaricdə yayılması problemini bir növ həll etmək üçün azdır. Bizim layihə bu problemin həllinə yönəlib”, - deyə yazıçı məlumat verib.
Layihənin rəhbəri Vaqif Nəsirovun fikrincə, internet mağazanın saytında nümayiş etdirilən kitablar multimediyalı olacaq, bu isə uşaq nəşrlərində, xüsusilə nağıllarda daha mənalı görünəcək. Bu həmçinin bu istiqamətə marağın artımına imkan yaradır. “Biz o cümlədən oxucuların diqqətinə kor və zəif görən şəxslər üçün audiokitablar təqdim etmək istəyirik”, - deyə V.Nəsirov qeyd edib.
“Audiokitabların səsləndirilməsi aktyorlar, kurs işi kimi İncəsənət İnstitutunun tələbələri tərəfindən həyata keçirilib”, - deyə layihə rəhbəri bildirib.
O həmçinin bəyan edib ki, saytda nümayiş edilən hər kitabın özünə görə reytinqi olacaq. Burada bu və ya digər yazıçıya nə dərəcədə tələb olduğunu izləmək mümkün olacaq.
Mətbuat konfransı iştirakçıları həmçinin bəya ediblər ki, elektron kitabın hər birinin qiyməti təxminən $1-1,5 təşkil edəcək. “Mağazada rus, Azərbaycan, ingilis dillərində kitab tapmaq mümkün olacaq”, - deyə V.Nəsirov bildirib.
“O cümlədən, müəllif və oxucular arasında hər kitab üzrə forum şəklində interaktiv əlaqə imkanı nəzərdə tutulub”, - deyə N.Rəsulzadə qeyd edib.
Müəllif kitablarının www.natik-proza.info saytında tam həcmdə yerləşdirilməməsi ilə bağlı sualı cavablandırarkən yazıçı vurğulayıb ki, bu elektron kitabların satışı üzrə layighənin yaradılması ilə əlaqədardır. “Oxucuların əksəriyyəti düşünmürlər ki, yazıçı da qazanc mənbəyinə ehtiyac duyan insandır. Buna görə mənim saytımda əsərlər tam yerləşdirilməyib, bununla mən bir balaca intriqa yaradıram”, - deyə N.Rəsulzadə bildirib.