SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın 3 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
"Təmir işləri ilə əlaqədar olaraq, saat 14.00-dan “Kövər”, “Bərdə-Samux”, “Bərdə”, “Tərtər” və “Cəyirli” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri müddətində Yevlax rayonunun Kövər, Malbinəsi, Qoyunbinəsi, Qaramanlı, Hacımahmudlu kəndləri daxil olmaqla, Bərdə və Tərtər rayonlarına təbii qazın verilməsində fasilələr yaranacaq.