Aprelin 26-da Bakıda Azərbaycan və Dağıstan iş adamlarının işgüzar görüşü keçiriləcək.Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda bildirilir.
İşgüzar görüş Dağıstan Hökumətinin sədr müavini Rizvan Qazıməhəmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Həmçinin, görüşdə Dağıstanın investisiya imkanlarının təqdimatı keçiriləcək.
Görüşdə ərzaq malları, avtomobil , tütün məhsulları, şirniyyat və müxtəlif içkilərin topdan satışı sahəsində fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.