Keçirilən olimpiadalar gənclərin hərtərəfli inkişafına xidmət edir. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova bəyan edib.
“Çox əhəmiyyətlidir ki, Azərbaycan gəncləri arasında olimpiadalar keçirilir və bu bizim gənclərimizi inkişaf etdirir”, - deyə E.Süleymanova çərşənbə günü Bakıda keçililən hüquq sahəsində respublika olimpiadasının qaliblərinə mükafatların verilməsi mərasimində çıxış edərək bildirib.
“Siz - bizim ümidimizsiniz. Gələcəyimiz sizinlə bağlıdır”, - deyə ombudsman əlavə edib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında hüquq sahəsində olimpiadanın xüsusi əhəmiyyətini qeyd edib. “Bizim ölkədə bir çox müxtəlif olimpiadalar keçirilir, lakin bu olimpiada, ona görə xüsusidir ki , burada söhbət insan hüquqlarından gedir. Ölkə rəhbərliyi müxtəlif qanun layihələrinin müzakirəsi zamanı gənclərin fikirlərini nəzərə almaq və öyrənmək üçün bütün şəraiti yaradır. Biz fəxr edirik ki, gənclərimiz həm ölkədə, həm də onun hüdudlarından kənarda hər zaman fikirlərini səsləndirə bilər”, - deyə o bildirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil edilən hüquq sahəsində respublika olimpiadasında ölkənin 23 ali məktəbindən 300-dən çox tələbə iştirak edib. Olimpiadanın final hissəsinə 60 tələbə keçib, onların işləri arasında on ən yaxşısı seçilib. Qaliblərə qiymətli mükafatlar və xatirə fərmanları verilib.