Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
İ.Əliyev Azərbaycan ilə İordaniya Krallığı arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. Siyasi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident iqtisadi və parlamentlərarası əlaqələr sahəsində də əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın mövcudluğunu qeyd edib.