Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Bakıda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində görülən işləri may ayının birinci həftəsi ərzində başa çatdıracaq.Bu barədə rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov çərşənbə günü jurnalistlərə məlumat verib .
“May ayının birinci həftəsində “Eurovision- 2012”-yə hazırlıq işləri başa çatdırılacaq.
Hər şey plan üzrə gedir, müsabiqə zamanı turistlərin və iştirakçıların heç bir problemi olmayacaq (rabitə ilə bağlı –İF - Az)”,- deyə Ə.Abbasov bildirib.
Onun sözlərinə görə, mobil rabitə operatoru Azərsell-in 4G formatında xidmətlər göstərmək üçün lisenziya almasına az qalıb. Qalan operatorlar (Bakcell və Azərfon) da 4G lisenziyası almaq üçün RİTN-ə müraciət ediblər.Onların hazırlığından asılı olaraq lisenziya veriləcək”,- deyə o qeyd edib.
Ə.Abbasov əlavə edib ki, İKT-nin inkişafı üzrə Dövlət Agentliyinin fəaliyyəti “ texnoloji məhsulların istehsalı və xarici bazarlarda satışı ilə məşğul olan iş adamlarına dəstək və stimul verəcək”
“Eurovision- 2012” mahnı müsabiqəsi may ayının 22-26-da Bakıda keçiriləcək.