Azərbaycanda tikinti materiallarının istehsalı üzrə müəssisələr 2012-ci ilin I rübündə 2011-ci ilin analoji dövrü ilə müqayisədə məhsul istehsalını 9,4% - 56 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə beton inşaat konstruksiyaları istehsalının həcmi 89,4% - 16,1 min kubmetrə qədər, inşaat əhənginin – 34,8% - 12,4 tona qədər, asfaltın – 3,5 dəfə - 48 min tona qədər, hazır beton qarışığın – 17,4% - 190,2 min tona qədər artıb.
Yanvar-mart aylarında düşmə sement istehsalında 4,8% - 279,9 min tona qədər, inşaat gipsinin – 45,9% - 12,6 min tona qədər və inşaat kərpicinin – 14% - 35,5 min kubmetrə qədər azalma qeyd edilib.