Azərbaycanın Siyəzən rayonun ərazisində Rusiya Federasiyasının vətəndaşlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Yol Polisinin Baş İdarəsindən məlumat verilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı avtomobil, yolun kənarında hərəkətsiz vəziyyətdə olan“VAZ 21 099” markalı avtomobilə çırpılıb. Bir nəfər həlıak olub, beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Toqquşma nəticəsində sonuncunun avtomobilinin yük yerindən sərnişinə məxsus baqajı götürmək istəyən sürücüsü iki avtomobilin arasında qalaraq ölüb. Bununla belə, qəza zamanı “Mercedes” markalı idarəetməni itirib və yolun kənarında dayanan rayonun iki sakinini vurub. “Mercedes”də olan Rusiya Federasiyasının vətəndaşları Roza Mutsalova, Markhet Alimsultanova, Milana Seykoyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Fakt üzrə istintaq aparılır.