Gənclər və idman nazirinin müavini İntiqam Babayev Kurqan vilayətinin Baş təhsil idarəsinin rəis müavini Lyubov Bobkova ilə gənclər siyasəti sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Cümə axşamı Bakıda keçirilən görüşdə qarşılıqlı olaraq hər iki ölkənin gənclər siyasəti sahəsində görülmüş işlər haqqında məlumat verilib və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.