FİFA nümayəndələri Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə Dünya Çempionatına (FİFA U -17) hazırlığın gedişi ilə tanış olacaqlar.Bu barədə cümə axşamı Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
6 nəfərdən ibarət FİFA nümayəndə heyəti Azərbaycana səfər müddətində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunun və “Dalğa Arena” stadionunun yenidən qurulması, eləcə də Bakının “Səkkizinci kilometr”qəsəbəsində yeni stadionun tikintisi üzrə işlərin gedişi ilə tanış olacaqlar.
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə Dünya Çempionatı. sentyabrın 22-də başlayıb oktyabrın 13-də başa çatacaq.