Azərbaycan Beynəlxalq Bankının pos-terminallarının sayı 2012-ci il aprelin 1-nə 4 167 təşkil edir ki, bu da 2011-ci il aprelin 1-nə olan göstəricidən 27,6% çoxdur. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
2012-ci ilin I rübündə bankın pos-terminallarının sayı 10% artıb.
2012-ci il aprelin 1-nə ABB-nin aktiv plastik kartlarının sayı 1 mln. 870,218 min (il ərzində artım 4,6%), bankomatlarının sayı 637 (2011-ci il aprelin 1-i ilə müqayisədə artım 4,4%) təşkil edib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.