2012-ci ilin mart ayında Bakıda torpaq bazarında qiymətlər fevral ayına nisbətən bir sot üçün 4,5 % - $14,875 minədək yüksəlib.Bu barədə daşınmaz əmlak bazarının öyrənilməsi və bazarda vəziyyətin aylıq təhlili ilə məşğul olan “Daşınmaz əmlak bazarının iştirakçıları” ictimai birliyinin məlumatında bildirilir.
“Mart ayında qiymətlərin qalxmasının əsas səbəbi paytaxtda evlərin sökülməsi ilə əlaqədar fərdi evlərə və qeydiyyata alınmış torpaqlara tələbatın artmasıdır”,- deyə məlumatda qeyd olunur.
Təşkilatın məlumatına əsasən, martda satışa çıxarılan torpaqların 79,6 %-i və ya 761,6 hektar boş torpaq sahələri olub.
Bakının bütün rayonlarında torpaqların qiymətində artım qeydə alınıb.Bununla yanaşı,ən çox artım Bakının Qaradağ rayonunda qeyd olunub(6,4%)
Mart ayında torpaq sahələrinin ən yüksək qiymətləri paytaxtın Nəsimi rayonunda Çay fabrikinin yaxınlığında (bir sot üçün $350 min ), ən aşağı qiymət Abşeron rayonunun Pirəkişkül qəsəbəsində (bir sot üçün $350) qeydə alınıb.