2012-ci ilin mart ayında Bakının təkrar avtomobil bazarında orta qiymət fevral ayı ilə müqayisədə dəyişməyib və $15,77 min səviyyəsində qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə avtomobil bazarının monitorinqini həyata keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitorinq təkrar bazarda 14,9 min avtomobili əhatə edib ki, onların da 25,7%-i bazara martda daxil olub.
Həmin ay avtomobil bazarında təkliflər 3,3% artıb.
Mart ayında “Mercedes-Benz” markalı avtomobillər təkrar bazarda liderliyi qoruyub saxlayıb (ümumi təklif portfelində onların payı 35% təşkil edib).