Azərbaycnın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev respublikamızın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında qalmış Azərbaycan xalqına məxsus 350-dən artıq tarixi abidənin vəziyyəti ilə əlaqədar narahatdır.
“Tarixi abidələr, o cümlədən məscid və türbələr ermənilər tərəfindən vəhşicəsinə dağıdılır və ya mənimsənilir. Bu bizim ağrılı yerimizdir , lakin hazırda biz vəziyyətə heç cür nəzarət edə və bu torpaqlarda bizə məxsus abidələrin saxlanılması və bərpası üçün işlər həyata keçirə bilmirik”,- deyə Ə.Qarayev cümə günü jurnalistlərə bildirib.
Nazir Azərbaycanın işğal edilmiş ərazilərindəki məscidlərdə mal-qara saxlanılmasına və indiki Azərbaycan ərazisində yerləşmiş orta əsrlər Qafqaz Albaniya dövlətinə məxsus kilsələrin “erməniləşdiriləməsinə” hiddətləndiyini bildirib.
“Bütün bunlar insanlıq üçün siqnal olmalıdır və harda olur olsun ,belə problemlərin həll yolunun tapılması üçün birləşməyə təkan verməlidir “,- deyə Ə.Qarayev söyləyib.
Sonra təhlükə altında olan abidələrə həsr edilmiş konfransda çıxış edən nazir işğal edilmiş ərazilərdəki Azərbaycan abidələrinin mühafizə problemini respublikanın başlıca problemlərindən biri adlandırıb .
“Azərbaycan xalqı sülhsevər və yaradıcı xalqdır.Biz yalnız bizim torpaqlarda deyil heç bir yerdə müharibələrin baş verməsini istəmirik, çünki biz bu problemlə daxildən üzləşmişik”,- deyə Ə.Qarayev qeyd edib.