SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkətinin) ”Azəriqaz” İstehsalat Birliyi cümə günü Bakının Qaradağ rayonuna qaz nəqlinə məhdudiyyət qoyub.Bu barədə “İnterfaks –Azərbaycan”agentliyinə SOCAR-dan məlumat verilib.
“Qaz nəqliyyatı infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar 10:00 – dan etibarən “Duvannı” qaz kəmərinə qaz nəqli dayandırılıb”,- deyə şirkətdən bildirilib
Təmir işləri müddətində Qaradağ rayonunun Qaradağ stansiyası adlanan yaşayış massivinə, Sahil, Səngəçal, Ümid və Umbakı qəsəbələrinə təbii qazın verilməsində fasilələr yaranacaq.