“Qaradağ Sement” ASC-nin adı dəyişdirilərək “Holcim” (Azerbaijan) ASC adlandırılıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Şirkətin yeni adı ASC-nin hüquqi adının dəyişməsində, bütün məhsul, marketinq və korporativ materiallarında, eləcə də zavodun və şəhərdə yerləşən ofislərin xarici və daxili loqotiplərində öz əksini tapacaq”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, “Holcim” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. ASC-nin yerli sement istehsalı bazarında payı 35-40%-dir. Onun əsas səhmdarı İsveçrənin “Holcim” şirkətidir. Səhmlərin ayrı-ayrılıqda 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına və Azərbaycan İnvestisiya Şirkətinə, 10,6%-i özəl səhmdarlara məxsusdur.