Sankt-Peterburqda fəaliyyət göstərən “Azərbaycanlıların dostları cəmiyyəti – Naxçıvan” regional ictimai təşkilatının rəhbəri İdris Qəhrəmanov Rusiyanın seçilən prezidenti Vladimir Putinin seçki kampaniyasında fəal iştiraka görə təşəkkür məktubu ilə mükafatlandırılıb.
Mükafatlandırma Rusiya prezidentinin Şimal-Qərb regionu üzrə federal məntəqə nümayəndəliyində seçki kampaniyasının əməkdaşları ilə görüş çərçivəsində keçirilib.
Mükafatları Rusiya prezident administrasiyası rəhbərinin müavini Aleksandr Beqlov təqdim edib.