Azərbaycan və Bolqarıstan rabitə və informasiya texnologiyaları sahəsində "Hökumətlərarası Saziş" layihəsinin hazırlanması ilə bağlı razılıq əldə edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında deyilir.
Razılıq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovskinin görüşündə əldə olunub.
Sənəd sentyabr ayında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında müzakirəyə çıxarılacaq.
İ.Moskovski cari ilin noyabrında Bakıda keçiriləcək BakuTel 2012 Beynəlxalq telekommunikasiya sərgisində Bolqarıstanın milli pavilyonla iştirak edəcəyini qeyd edib.