Aprel ayının 27-28-də Bakıda “İslam dünyası ölkələrinin klassik musiqi ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi” keçirilir. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir İSESCO və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iki yaş qrupu üzrə 20 yaşınadək ifaçılar üçün keçirilir.
Ən yaxşı ifaçılar münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqədə 28 ölkədən (Türkiyə, Misir, Mərakeş, Küveyt, Qazaxıstan, Özbəkistan və s.) musiqiçilər iştirak edirlər.
Müsabiqə Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilir.
Qala-konsert və qaliblərin mükafatlandırılma mərasimi aprelin 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.