2012-ci ilin I rübündə Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti 7,082 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,2% çoxdur. Bu barədə bankın məlumatında deyilir.
Yanvar-mart aylarında bankın gəlirləri 91,643 mln. manat (artım 8,3%) təşkil edib.
2012-ci il aprelin 1-nə olan məlumata görə, ROA əmsalı 0,14%, ROE əmsalı – 1,77% səviyyəsində olub. 2011-ci il aprelin 1-nə bu göstəricilər 0,03% və 0,25% təşkil edib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.