Dənizkənarı Milli Parkda may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə həsr edilən konsert keçirilib. Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilir.
Belə ki, aprelin 29-da açıq hava altında yüzlərlə tamaşaçı məşhur Rusiya, Gürcüstan və Azərbaycan müğənnilərin möhtəşəm şounun şahidi olub. Səfurə Əlizadə, Anri Joxadze, Eldar Qasımov və Nigar Camal, Diana Qurtskaya, Ani Lorak, Emin Ağalarov tamaşaçılara öz hit mahnəlarını təqdim ediblər.
Konsert “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fan-klubunun təşəbbüsü ilə təşkil edilib.
Konsert iştirakçılarına Fan-klubdan hədiyyələr təqdim edilib.
57-ci “Eurovision” mahnı müsabiqəsi bu il Bakıda keçiriləcək. Yarımfinal mayın 22-si və 24-də, final mərhələsi – mayın 26-da keçiriləcək.