SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) bazar ertəsi Şəki rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 08.00-dan etibarən “Cəfərabad” Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri müddətində Şəki rayonuna təbii qazın verilməsində fasilələr yaranacaq.