Dövlət Neft Fondu (ARDNF) informasiya texnologiyaları avadanlıqları və proqram təminatı lisenziyaları sahəsində podratçı seçir. Bu barədə ARDNF-dan məlumat verilib.
Tenderdə iştirak etmək istəyən şirkətlər iyunun 13-nə qədər təkliflərini təqdim etməlidir. Podratçıların qiymətləndirilməsi zamanı aşağıdakı meyarlarlara üstünlük veriləcək: İKT sahəsində ən azı 5 illik təcrübə olması, bu sahədə 3-5 layihənin həyata keçiriləsi, texniki və maliyyə imkanları, həmçinin idarəetmə səriştəsi kimi imkanlarımn mövcudluğu.
Tender proseduru iyunun 14-də keçiriləcək.
Xəbər verildiyi kimi, ARDNF 1999-cu ildə dekabrın 29-da Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. Fond qeyri-büdcə, dövlət başçısına hesabat verməli olan dövlət institutudur. Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.