İordaniya şirkətləri azərbaycanlı iş adamlarına ASK və yeyinti sənayesi sahələrində $55,491 mln. dəyərində müxtəlif investisiya layihələrini birgə həyata keçirməyi təklif edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda bildirilir.
İordaniyalı iş adamları ümumilikdə, 19 layihənin birgə reallaşdırılmasını təklif edirlər . Xüsusilə, zeytun yağı istehsalı (dəyəri $1,4 mln.), dəniz məhsullarından hazırlanan müxtəlif kosmetik məhsulların istehsalı ( dəyəri $1 mln. 706,3min. ), laminat qutu istehsalı ( dəyəri $5,4 mln.), uşaq yeməyi istehsalı ( dəyəri $9,5 mln.), quş ətinin kəsimi və emalı (dəyəri $17 mln.) süfrə zeytunu və zeytun turşusu istehsalı ( dəyəri $1,8 mln.), baytarlıq dərman pereparatlarının istehsalı ( dəyəri $11 mln.) üzrə birgə əməkdaşlıq təklif olunur
Bununla yanaşı, azərbaycanlı və iordaniyalı iş adamlarının əməkdaşlığı birgə müəssisələr yaradılması, avadanlığın alınması , yeni bazarlara çıxış, texniki və marketinq ekspertizaların aparılması formasında da ola bilər.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.