Lomonosov adına Moskva Dövlət Universitetinin tələbələri və pedaqoji heyəti İkinci dünya müharibəsində həlak olanların Memorialına güllər qoyublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri mərasimdən məlumat verib.
Tələbələr həmçinin, bu tədbirdə iştirak edən müharibə veteranlarını dinləyiblər.
Tədbirdə bir neçə ölkədən, həmçinin Azərbaycandan tələbələr iştirak ediblər.
Müharibə veteranları gənc nəslin vacib tarixə bu cür hörmətcil addımlarını yüksək qiymətləndiriblər.