SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycanda qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması üzrə işlərin aparılması üçün podratçı seçir.Bu barədə İB-in məlumatında bildirilir.
Tenderdə iştirak haqqı 500 manat təşkil edir.
Şirkətlər tender təkliflərini təklifin dəyərinin 2% həcmində bank zəmanəti ilə birgə iyun ayının 13-nə qədər təqdim edə bilərlər.Tender prosedurası iyunun 14-də baş tutacaq..
Tender təkliflərin qiymətləndirilməsində başlıca meyarlar aşağıdakılardır: aşağı qiymət, yüksək keyfiyyət,işlərin vaxtında yerinə yetirilməsi
Bütün işlər 24 ay müddətində yerinə yetirilməlidir.
Xəbər verildiyi kimi, SOCAR 2013-cü ilə Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.