2012-ci ilin mart ayında Bakıda təkrar daşınmaz əmlak bazarında qiymətlər fevral ilə müqayisədə 2,7% - 1 kv. metrə görə $976 qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olan “Əmlak bazarı iştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Martda ən çox qiymət artımı - 3,1% Nəsimi rayonunda müşahidə edilib.
Bakıda təkrar daşınmaz əmlak bazarında bağlanan əqdlərin sayı fevral ilə müqayisədə 6,1% artıb.
Fevral ilə müqayisədə martda ümumi portfeldə təkliflərin sayı 1,2% artıb və satış üçün təklif olunan mənzillərin ümumi sayı 7,6 mini ötüb. Bununla belə, martda ümumi təklif portfelində yeni tikililərin sayı artıb.
Martda ümumi təkliflər portfelində paytaxtın Xətai, Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşən mənzillər üstünlük təşkil edib. Onların ümumi payı 78,7% təşkil edib.
Ümumi portfeldə martda müəyyən edilmiş orta qiymətdən aşağı dəyərə malik mənzillərin payına 54,2% düşür.