Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 50-yə çatıb. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Son məlumatlara görə, London Yay Olimpiya Oyunlarında Azərbaycan 16 idman növü ilə təmsil olunacaq: boks, atletika, taekvando, güllə atıcılığı, kanoe, avarçəkmə, yunan-roma güləşi, sərbəst güləş, velosiped, bədii gimnastika, ağır atletika, idman gimnastikası, atçılıq, qılıncoynatma, cüdo, üzgüçülük. London Yay Olimpiya oyunlarına Azərbaycan idmançıları 5 yeni idman növü ilə qatılır.
London Yay Olimpiya oyunlarına Azərbaycanın 3 hakimi yollanacaq.