Martda Bakıda kommersiya məqsədləri üçün qeyri-yaşayış yerlərinin qiymətləri fevral ayı ilə müqayisədə 0,3% artıb və 1 kv. metrə görə $2844 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olan “Əmlak bazarı iştirakçıları” İctimai Birliyindən məlumat verilib.
2011-ci ilin analoji dövrü ilə müqayisədə qiymətlər 1,9% enib.
Bakıda kommersiya məqsədləri üçün qeyri-yaşayış sahələri üzrə təkliflərin sayı martda 1,6% azalıb. Bununla yanaşı, təkliflərin ümumi portfelində 1 kv. metrə görə fevralda təklif edilmiş orta qiymətdən az qiymətə təklif edilmiş obyektlərin payına 51,7% düşüb.
Fevral ilə müqayisədə martda əqdlərin bağlanması 1,3% artıb.
Martda ən çox qiymət artımı Qaradağ rayonunda 1,7%, ən çox qiymət azalması isə Nəsimi rayonunda (0,2%) qeydə alınıb.
Bakıda kommersiya məqsədləri üçün qeyri-yaşayış yerlərinin icarə haqqı martda 0,7% artıb.