Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Qırğızıstanın gənclər, məşğulluq və əmək naziri Aliasbek Alimkulov 2012-2013-cü illəri əhatə edən tədbirlər planı haqqında Sənəd imzalayıblar. Bu barədə nazirlikdən məlumat verilib.
Bazar ertəsi Bişkekdə imzalanan Sənəd xüsusilə, qarşılıqlı gənclər günlərinin, sərgilərin, treninqlərin, dəirmi masaların, daimi telekörpülərin keçirilməsini, həmçinin “Dostluq düşərgələri” nin yaradılmasını nəzərdə tutur.