SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Ucar rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 18:00-dək “Ucar” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılıb”, - deyə şirkətdən bildirilib.
Təmir işləri aparılan müddətdə Ucar şəhəri də daxil olmaqla, rayonun Gəraybəyli, Rəstəcə və Qarabörk kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.