SOCAR “Neft Daşları” yatağında yeni quyunun qazmasına başlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2529 nömrəli quyu Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən 2521 nömrəli platformadan qazılır.
Quyunun layihə dərinliyi 1550 metrdir. Quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln.-dan çoxu çıxarıla bilən ehtiyatlardır.