Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə müsabiqə elan edir. Bu barədə rəsmi mətnuat məlumat verib.
Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə Edən şəxslər iştirak edə bilər. 2012-2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir: biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb və turizm.
Xaricdə bakalavr dərəcəsi almaq istəyənlər attestaı aldıqdan sonra lazımi sənədləri təqdim edə bilərlər. Xaricdə ali məktəblərdə magistr dərəcəsi almaq istəyənlər elektron formada ərizəni doldurmalı, həmçinin Təhsil Nazirliyinə lazımi sənədləri təqdim etməlidirlər. Magistraturaya qəbul yalnız ali təhsil haqqında diplomda qeyd edilən ixsisas üzrə həyata keçirilir.
Sənədlərin qəbulu avqustun 20-nə qədər aparılır.