Azərbaycan Dubay şəhərində keçirilən “ATM 2012” beynəlxalq turizm sərgisində turizm potensialını təqdim edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
30 aprel – 03 may tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilən “ATM 2012” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılığı altında nümayəndə heyəti iştirak edir. Nazirliyin stendində 8 yerli turizm şirkəti və 2 mehmanxana təmsil olunur.
Bu, Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə iştirak etdiyi on dördüncü beynəlxalq turizm sərgisidir. Azərbaycan 2004-cü ildən etibarən bu sərgidə iştirak edir.
Sərgidə 117 ölkədən 1400-ə yaxın şirkət təmsil olunur.