2012-ci ilin aprel ayinda Azərbaycanda İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi üzrə 9 mln. 36,6 min manat məbləğində sığorta haqqı əldə ediblər.Bu barədə İcbari Sığorta Bürosunun məlumatında bildirilir.
Xəbər verildiyi kimi, Büro üzvləri tərəfindən 2012-ci ilin I rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 11,1 mln. manat həcmində sığorta haqqı yığılıb. Beləliklə sığortanın bu növü üzrə cari ilin yanvar- aprel aylarında sığortaçıların ümumi sığorta haqqı yığımları 20,1 mln. manatdan çox olub.
“2012-ci ilin aprel ayında Büro üzvü olan 11 sığorta şirkəti 123,043 min sığorta müqaviləsi bağlayıb, o cümlədən xaricdə qeydiyyatda olan və Azərbaycandan tranzit məqsədlə keçən (müqavilə 1 ay müddətinə bağlanır İF-Az) avtomobil nəqliyyat vasitələrinin sığortası üzrə 18,836 min müqavilə bağlanıb”,- deyə məlumatda bildirilir.
Büronun məlumatına əsasən, 2012-ci ilin mart ayı ilə müqayisədə aprel ayında sığortaçılar sığorta haqqı yığımını və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin sayını 52 % artırıblar.
Xəbər verildiyi kimi, 2011-ci il 16 dekabr tarixindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tariflərlə satışına başlanılıb.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb.
“İcbari sığorta növləri haqqında” qanun icbari sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətlərinin iflasa uğradıqları zaman həyata keçiriləcək
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.

Qanun çərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərikinin həcmi 1500 kub. santimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunacaq. Mühərrikinin həcmi 5 min kub. santimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunacaq, yəni sığorta tarifi 250 manat təşkil edəcək.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək əmsal 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktorlar və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə, trolleybus və tramvaylar üçün isə əmsal 1-ə bərabərdir.
Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka vurulmuş ziyana görə 5 min manat, sağlamlığa vurulan ziyana görə ödənilən bir nəfərə görə sığorta məbləği 5 min manat, bir sığorta hadisəsinə görə ümumi limit - 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişinin məbləği 55 min manat təşkil edə bilər.
Xəbər verildiyi kimi, Xidmətin rəyinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sisteminin tətbiqi sığortaçıların sığortanın bu növü üzrə tədiyələrinin illik 30-40 mln.manat artmasına səbəb ola bilər (2011-ci ilin yekunlarına görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortanın köhnə tarif sistemi üzrə tədiyə yığımı 4,3 mln. manat təşkil edib – İF-Az).