SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ ) “Günəşli” yatağının dayaz sulu hissəsində üç yeni quyunun qazma işlərini başa çatdırıb.Bu barədə şirkətin məlumatında bildirilir.
160 nömrəli quyunun qazma işləri “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən 10 nömrəli dəniz özülündən aparılıb. Quyunun layihə dərinliyi 2950 metr təşkil edir. Quyudan sutkada 100 ton neft hasil ediləcək.
Həmçinin, “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən 14 nömrəli dəniz özülündən 301 nömrəli quyu qazılıb . Quyunun layihə dərinliyi 3000 metr təşkil edir. Quyudan sutkada 100 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.
48 nömrəli quyunun qazma işlərini “SOCAR - AQS” Birgə Müəssisəsi 11 nömrəli platformadan həyata keçirib Quyunun layihə dərinliyi 3650 metrə bərabərdir . Quyudan sutkada 20 ton neft ,200 kub metr qaz hasil ediləcək .
“Günəşli” yatağının dayaz sulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.