"Bakı Kristal Zalı"nda aparılan hazırlıqlar zamanı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış "Brainpool" şirkətinin almaniyalı meneceri özünü yaxşı hiss edir. Bu barədə “Eurovision-2012” müsabiqəsinin rəsmi saytında məlumat verilir.
Məlumata görə, almaniyalı mütəxəssis mayın 1-də xəsarət alıb. Hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. “Hazırda o özünü yaxşı hiss edir”, - deyə məlumatda bildirilir.
"Hadisə araşdırıldı və belə nəticəyə gəldik ki, bədbəxt hadisə bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub" - deyə məlumatda şirkətin rəhbəri Yorq Qraboşa istinadən qeyd edilir.