Mayın 3-6-da Müasir incəsənət mərkəzində məşhur rəssam Tamilla Qurbanovanın “Kuklalar dünyasının sirləri” adlı fərdi sərgisi keçiriləcək.
Sərgidə iki müxtəlif texnologiyada - heykəltəraşlıq parçası və plastik kütlədən yapılan təxminən 30 kukla təqdim ediləcək. Bu barədə rəssam “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib. “Kuklaların icra mövzuları və stilləri müxtəlifdir – klassik, folklor (şərq), qlamur, nəfis. Görkəmli şəxslərin portret kuklaları da təqdim ediləcək. Onların arasında xalq artisti Nəsibə Zeynalova, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə və digər şəxslərə həsr edilən kuklalar var”, - deyə T.Qurbanova bildirib.
Rəssamın birinci fərdi sərgisi 2005-ci ildə “İçəri Şəhər” beynəlxalq festival çərçivəsində keçirilib.