Bakının Sabunçu rayonunda iki avtovbusun toqquşması nəticəsində xəsarət alan iki sərnişin xəstəxanalara yerləşdirilir.
“Xəsarət alan səkkiz nəfər tibbi yardım tələb olunur, hazırda onları xəstəxanalara yerləşdirirlər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri Təcili və Təxurəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Agentliyin müsahibi qeyd edib ki, yol-nəqliyyat hadisəsi nəticəsində tələfat yoxdur.
Yerli ANS telekanalının verdiyi xəbərə görə, Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində iyirmiyə yaxın şəxs xəsarət alıb. 204 və 93 saylı marşrut avtobuslarının toqquşması Bakının Sabunçu rayonu ərazisində baş verib. Nəticədə, 17 nəfər bədən xəsarəti alıb, ərsəriyyətinə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.