Azerbaijan International Mineral Resources Operating Co şirkəti (AIMRO – Azərbaycanın bir sıra dəmir filizi yataqlarının kəşfiyyatı üzrə operator) Daşkəsən rayonunda yol tikintisi üçün podratçı seçimi üzrə tender elan edib.Bu barədə şirkətin məlumatında bildirilir.
Söhbət Çovdar dağ filizləri yatağının işlənməsi çərçivəsində beşinci dərəcəli Şadaq yolunun tikintisindən gedir.
Tenderdə iştirak etmək istəyən şirkətlərin təklifləri 2012-ci il mayın 7-nə qədər qəbul edilir .
“Qarabağ”,”Çovdar”, “Göydağ” “Dağkəsəmən” dəmir filizi yataqlarının, eləcə də “Köhnəmədən” meydanının və “Kürəkçay” hövzəsinin bir sıra xarici şirkətlərlə birgə öyrənilməsi, tədqiqatı, kəşfiyyatı və istismarına dair saziş 2006-cı il dekabrın 30-da imzalanıb.
Müqaviləyə əsasən, Azərbaycanın payı 30 % , 5 xarici şirkətin- Londex Resources S.A., Will and Meyris S.A., Fargate Mining Corporation, Globex International LLP və Mitsui Development Engineering Co Ltd-nin payı 70 % təşkil edir.Saziş 30 il müddətinə nəzərdə tutulub.Müqavilə üzrə yataqıarın öyrənilmə, təhqiqat, kəşfiyyat və istismarını nəzərdə tutan birinci və ikinci mərhələ üçün investisiyalar $110 mln.-na bərabər ola bilər. Yataqların işlənməsinə qoyulan investisiyaların ümumi həcmi təxminən $3,5 mlrd. təşkil edəcək .