Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Masallı rayonunda VI respublika muğam müsabiqəsinin son mərhələsi keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu cümə axşamı məlumat verib.
Müsabiqənin məqsədi – muğam sənətinin qorunması və inkişaf etdirilməsi, insanlarda xalq mahnılarına maraq oyatmaqdan ibarətdir.
Müsabiqədə Bakı şəhəri və Azərbaycanın bütün regionlarından nümayəndələr iştirak edir.
Müsabiqə mayın 7-də başa çatacaq.
Qaliblərə Mədəniyyət və Turizm Nazirliyi və Masallı rayon İcra hakimiyyəti tərəfindən diplomlar, fəxri fərmanlar, pul mükafatları təqdim ediləcək.