“Bank Standard” “online” rejimində vergi ödənişlərinin qəbuluna başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Ödənişlər həm nağd şəkildə bütün “Bank Standard” filiallarında, həm də bankın internet saytında kart vasitəsilə “online” rejimində aparıla bilər.
“Yeni ödəniş üsulu vətəndaşlara vergiləri vaxtlı-vaxtında ödəmək imkanı yaradacaq və onların vaxtına xeyli qənaət edəcək. Belə ki, yeni üsul vergi orqanlarına getmək zərurətini aradan qaldıracaq. İstər bankda, istərsə internet vasitəsilə aparılan ödəniş haqda məlumat qısa müddət ərzində xeyrinə ödəniş həyata keçirilən qurumun məlumat bazasına ötürülür”, - deyə məlumatda qeyd edilir.
“Bank Standard” vergi ödənişlərinin “online” rejimində aparılması üçün Mərkəzi Bank tərəfindən tətbiq olunan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulub.
“Bank Standard” ölkənin aparıcı banklarının beşliyinə daxildir. Bankın nizamnamə kapitalı 75 mln. manata bərabərdir.