Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2012-ci ilin yanvar-aprel aylarında 4,48% - aprelin 30-na $10 mlrd. 951,7 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Cari ilin aprel ayında AMB-nin valyuta ehtiyatları $126,1 mln. və ya 1,16% artıb.
Xəbər verildiyi kimi, 2012-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $10 mlrd. 481,5 mln. təşkil edib. 2011-ci ildə bankın valyuta ehtiyatları 63,5% artıb.