NATO Qəbələ RLS-i birgə istifadə etmək barədə Rusiyanın ideyasını rədd etmir. Bu barədə alyansın baş katibinin müavini Aleksandr Verşbou bəyan edib.
“Bu təklif heç bir halda unudulmayıb”, - deyə o cümə axşamı “Eхо Моskvı” radiostansiyasının efirində bildirib.
Eyni zamanda o qeyd edib ki, öncə Rusiya Azərbaycanla stansiyanın icarəsinin uzadılmasına dair danışıqları başa çatdırmalıdır.
“Lakin bizə maraqlıdır, xüsusilə Rusiya istədiyi kimi müasirləşdirilsə, həmin RLS NATO sistemi ilə necə uyğunlaşa bilər”, - deyə A.Verşbou qeyd edib.
Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq qarşılıqlı sərfəli ola bilər.
“Biz raketlərin ələ keçirməsi üzrə hər iki tərəfin potensialını mühüm dərəcədə artıra bilərik”, - deyə NATO baş katibinin müavini vurğulayıb.