SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə günü Şamaxı rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 09:00-dan 19:00-dək “Şamaxı” və “Çuxuryurd” Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla, rayonun Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngixaran kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.