SOCAR Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
Kəmərin 65-69-cu kilometrlərarası sahəsində yenidənqurma işlərinin bu il mayın 15-dək başa çatdırılması nəzərdə tutulub.
Məlumata görə, kəmərin 75-ci və 283-cü kilometrliklərində kranlar dəyişdirilib.
Uzunluğu 378,4 kilometr olan 1220/1020 mm-lik Hacıqabul-Qazax magistral qaz kəməri 1979-cu ildə istifadəyə verilib. Bu kəmər vasitəsi ilə Mingəçevir Su Elektrik Stansiyası təbii qazla təchiz olunur, həmçinin Gürcüstan Respublikasına sutkada 2,5-4,5 milyon kubmetr həcmində “mavi yanacaq” ixrac olunur.
Məlumatda qeyd edilir ki, SOCAR Azadkənd-İmişli qaz kəmərinin 14-cü kilometrliyində yenidənqurma işlərini başa çatdırır.