Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşməsinin (həmçinin ipoteka krediti üzrə) 2012-ci il martın 1-nə 595 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2011-ci ilin sonuna bankların bu cür kreditlər üzrə portfeli 575,8 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-fevral ayları ərzində bankların bu cür kreditlər üzrə portfeli 3,3% artıb.
“Ümumilikdə, 2012-ci il martın 1-nə olan bankların ümumi kredit portfelinin 5,8%-i tikinti və daşınmaz əmlak alışı ilə bağlı əqdlərin kreditləşməsinin payına düşür. Bu isə ötən ilin sonuna olan göstəriciyə uyğundur”, - deyə AMB nümayəndəsi qeyd edib.