Azərbaycanda zoologiya parkın yerləşəcəyi ərazi dəqiqləşdirilir və layihənin smetasının son hazırlığından sonra tikinti işlərinə başlanacaq. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev cümə günü jurnalistlərə bildirib.
“Yeni zoologiya parkının yaradılması üzrə layihə tam hazırdır. Öncə onun Qobu zonasında yaradılması planlaşdırılırdı. Lakin, müəyyən səbəblərdən bu yer yararsız olub və zooparkın Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşdirmək barədə qərar qəbul edilib”, - deyə N.Quliyev bildirib.
Nazir müavini köhnə Bakı zooparkının yenisi ilə birləşəcəyini və bütün heyvanlarla yeni yerə köçürüləcəyi imkanını istisna etmir.