ABŞ-ın Azərbaycan diasporası Riçard Morninqstarın namizədliyini ölkəyə səfir təyinatının təsdiq edilməsi üçün bütün səylərini sərf edəcək. Bu barədə ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsinin (USAN) təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov bəyan edib.
“R.Morninqstar - Azərbaycan və region üzrə böyük ekspertdir və səfir roluna daha yaxşısını seçmək mümkün deyil. Biz əminik ki, onun namizədliyi Senat tərəfindən təsdiq ediləcək - biz bunun üçün bütün səylərimizi sərf edəcəyik”, - deyə A.Bağırov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, USAN artıq R.Morninqstarın namizədliyini dəstəklədiyini elan edib və USAN öz üzvlərini ABŞ Senatına dəstək məktubları göndərməyə çağırıb.
Bundan başqa, A.Bağırov bəyan edib ki, Azərbaycan BMT TŞ-ya qeyri-daimi üzvlüyü dövündə yeni imkanlardan istifadə edərək bir sıra ölkələrin Azərbaycana qarşı siyasətinin qarşısını almalıdır. “Qalib olmaq və bu cür hadisənin öhdəsindən gəlmək üçün Fransa kimi ölkələrin Azərbaycana qarşı və türkfobiya siyasətini ifşa etmək lazımdır. Bütün bunlarla yanaşı, Azərbaycan öz beynəlxalq imici və çəkisini yaxşılaşdıracaq”, - deyə o bildirib.