Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mayın sonunda Kubaya işğüzar səfərə yola düşür. Bu barədə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Torres məlumat verib.
“X.Xələfov ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar xarici siyasət idarələri arasında məsləhətləşmələrdə iştirak edəcək”, - deyə səfir cümə günü jurnalistlərə bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycanla Kuba arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Kubada xüsusi poçt markasının da buraxılması nəzərdə tutulur.